Rusiya prezidenti amerikalı həmkarı Donald Tramp və Yaxın Şərq ölkələrinin liderləri ilə telefon bağlantısı yaradacaq. Rusiya prezidenti amerikalı həmkarı Donald Tramp və Yaxın Şərq ölkələrinin liderləri ilə telefon bağlantısı yaradacaq.

Putin Əsədə söz verdi: Trampla bu barədə danışacağam

Rusiya prezidenti amerikalı həmkarı Donald Tramp və Yaxın Şərq ölkələrinin liderləri ilə telefon bağlantısı yaradacaq.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Suriya prezidenti Bəşər Əsədlə görüşündə danışıb.

Kremlin məlumatına görə, 4 saat çəkən görüşdə onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin bu gün Qətər əmiri, sabah isə ABŞ prezidenti ilə telefonla danışacağına söz verib.

Rusiya prezidenti sabah Soçidə iranlı və türkiyəli həmkarları ilə də bu məsələni müzakirə edəcəyini qeyd edib.