Rusiyanın Federal Penitensiar Xidmətinin polkovniki Badrudin Damadanovun döyülmə videosu yayılıb. Rusiyanın Federal Penitensiar Xidmətinin polkovniki Badrudin Damadanovun döyülmə videosu yayılıb.

Penitensiar Xidmətin polkovnikinin döyülmə videosu yayıldı

Rusiyanın Federal Penitensiar Xidmətinin polkovniki Badrudin Damadanovun döyülmə videosu yayılıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, polkovniki Peterburqda amansızcasına döyüblər.

Polis onun yaşadığı evin ətrafında baş verən hadisəni araşdırmaq üçün ərazidə təhqiqat aparır.

Onu 23 noyabr gecəsi iki naməlum şəxs dəmir dəyənəklərlə vəhşicəsinə döyüb. Daha sonra ərazidən uzaqlaşıblar. 41 yaşlı polkovnik Aleksandrov xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun başında və ayaqlarında ağır travmaların olduğu deyilir.

Videomüşahidə kameraları naməlum şəxslərin üzlərini gödəkçə ilə örtdüyü üçün onların üzünü dəqiqləşdirməyə imkan verməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.