Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi hissəsindəki moteldə baş verən yanğında 5 nəfər ölüb, ikisi ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb. Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi hissəsindəki moteldə baş verən yanğında 5 nəfər ölüb, ikisi ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb.

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər ölüb

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi hissəsindəki moteldə baş verən yanğında 5 nəfər ölüb, ikisi ağır vəziyyətdə olmaqla 4 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, ikimərtəbəli binada yanğın gecə saat 3 radələrində başlayıb. Şahidlərin ifadələrinə əsaslanan polis motelin yaxınlığındakı restoranın işçisini şübhəli şəxs qismində saxlayıb. İlkin dindirmə zamanı müəyyən edilib ki, həmin şəxs yaxınlıqdakı qaz stansiyasından 10 litr maye qaz alaraq moteli yandırıb.

Buna səbəb isə sərxoş vəziyyətdə olduğuna görə ona moteldə gecələmək üçün yer verilməməsidir(azərtac).