Türkiyənin Oğuzeli bölgəsində yaşayan Mehmet Ceylan evlənmək istədiyi suriyalı qadın tərəfindən aldadılıb. Türkiyənin Oğuzeli bölgəsində yaşayan Mehmet Ceylan evlənmək istədiyi suriyalı qadın tərəfindən aldadılıb.

Evləndiyi suriyalı qadınlar tərəfindən aldadıldı

Türkiyənin Oğuzeli bölgəsində yaşayan Mehmet Ceylan evlənmək istədiyi suriyalı qadın tərəfindən aldadılıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mehmet Ceylan, yaxınları tərəfindən ölkələrindəki daxili savaşdan qaçaraq Türkiyəyə sığınan suriyalı bir qadınla tanış edilib. O, tələb olunan 5 min lirəni ödəyəndən sonra qadınla evlənib. Qadını evinə gətirəndən bir ay sonra o, Mehmetə ayrılmaq istədiyini söyləyərək evdən gedib.

Bundan sonra Mehmet Ceylan başqa bir suriyalı qadınla evlənib. Bu qadın üçün isə 6 min 500 lirə ödəyib. Qadın 20 gündən sonra onu tərk edib. Mehmet Ceylan onların fırıldaqçı olduqlarını başa düşəndən sonra hüquq-mühafizə orqanlarına şikayət edib və onları məhkəməyə verib.