Türkiyədə dəhşətli intihar hadisəsi baş verib. Türkiyədə dəhşətli intihar hadisəsi baş verib.

“Mavi balina” oyunu daha bir can aldı

Türkiyədə dəhşətli intihar hadisəsi baş verib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bursada yaşayan 16 yaşlı Əhməd P. dostu ilə "Mavi Balina" oyununu oynadıqdan sonra özünü asıb. Bunu görən dostu şok keçirib.

Hadisə yerinə gələn polislər faciə ilə bağlı araşdırmaya başlayıb. Ailəsi intihar edən yeniyetməni göz yaşları içində torpağa veriblər. Onun dostu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yeniyetmələrin valideynləri yekdilliklə baş verən faciənin səbəbkarının "Mavi Balina" oyunu olduğunu bildiriblər. Belə ki, bu oyunun son mərhələsində oyunçulardan özlərinə qəsd edilməsi tələb olunur.