Tesla Hindistanda elektrikli avtomobil fabriki açmağı planlaşdırır

Tesla elektrik avtomobil fabriki üçün yer axtarmaq üçün aprel ayında Hindistana bir qrup göndərəcək.

Bu barədə "Economic Times" məlumat yayıb.

Mütəxəssislər Maharaştra, Qucarat və Tamil Nadu ştatlarına xüsusi diqqət yetirəcəklər.

Həmçinin bildirək ki, Elon Musk ilk dəfə 2020-ci ildə ölkədə avtomobil istehsalına başlamaq planlarını açıqlayıb. Daha sonra Tesla öz batareya istehsal zavodunu yarada bilər.

Mövsüm

Aznews.az