Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriya əsilli dünya çempionu boksçu Mahmud Öməri qəbul edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriya əsilli dünya çempionu boksçu Mahmud Öməri qəbul edib.

Suriyalı çempion kəmərini Ərdoğana bağışladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriya əsilli dünya çempionu boksçu Mahmud Öməri qəbul edib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə baş nazir Binəli Yıldırımla gənclik və idman naziri Osman Aşkın Bak da iştirak edib.

Boksçunun Ərdoğana hədiyyə etdiyi kəmərin üstündə əfsanəvi boksçu Məhəmməd Əli və prezident Ərdoğanın da şəkilləri var idi.

Bir müddət əvvəl suriyalı boksçu verdiyi açıqlamada suriyalılar üçün göstərdiyi fədakarlığa görə türk xalqına və Ərdoğana təşəkkür etmək üçün qazandığı kəmərləri hədiyyə etmək istədiyini bildirib.