20 il öncə lotoreyadan 19 milyon qazanan amerikalı, 4 bank soyğunu səbəbilə 80 illik həbs cəzasına məhkum edilib. 20 il öncə lotoreyadan 19 milyon qazanan amerikalı, 4 bank soyğunu səbəbilə 80 illik həbs cəzasına məhkum edilib.

Lotoreyadan 19 milyon udmuşdu, bank oğrusu kimi həbs olundu

20 il öncə lotoreyadan 19 milyon qazanan amerikalı, 4 bank soyğunu səbəbilə 80 illik həbs cəzasına məhkum edilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşında heç görmədiyi qədər pulun sahibi olan Ceyms Hayes, 20 ildən sonra pulsuzluq ucbatından gerçəkləşdirdiyi bank soyğunlarına görə həbsə girib.

Polis Ceymsi 10 bank soyğununda ittiham etsə də o, yalnız bunlardan dördünü törətdiyini etiraf edib.

ABŞ-ın Kaliforniya ştatında yaşayan Ceymsin narkotik asılılığından əziyyət çəkdiyi və bir qarajda tək yaşadığı məlum olub. O, 19 milyona sahib olarkən "pulu boş yerlərə xərcləməyəcəyəm" demişdi.