- Köhnə - Dünya
- 22 May 2018 14:39
- 1 512
Fələstin İsraili beynəlxalq məhkəməyə verdi
Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.
Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb.
AzNews.az