ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda dəyişikliklərə hazırlıq olduğunu nümayiş etdirəcəyi təqdirdə İran hakimiyyəti ilə dialoqa hazırdır. ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda dəyişikliklərə hazırlıq olduğunu nümayiş etdirəcəyi təqdirdə İran hakimiyyəti ilə dialoqa hazırdır.

ABŞ İranla dialoqa başlamaq üçün şərtlərini açıqladı

ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda dəyişikliklərə hazırlıq olduğunu nümayiş etdirəcəyi təqdirdə İran hakimiyyəti ilə dialoqa hazırdır.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Vaşinqtonun Tehrana qarşı siyasətinin əlaqələndirilməsi üzrə xüsusi qrupunun rəhbəri Brayan Huk deyib.

Dövlət Departamentində keçirilən mətbuat konfransı zamanı o qeyd edib ki, İslam Respublikası rəhbərliyi ABŞ-ı "öz davranışlarında əsaslı dəyişiklər edəcəyinə" inandırmalıdır və yalnız bundan sonra Tramp İranla yenidən dialoq aparmağa hazırdır.

Bundan əlavə, Huk iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün şərtləri açıqlayıb.

"Sanksiyaların zəiflədilməsi və ABŞ-la diplomatik və ticarət əlaqələrinin tam bərpası, həmçinin Birləşmiş Ştatlarla iqtisadi qarşılıqlı fəaliyyət yalnız biz İran rejiminin öz davranışlarında ciddi dəyişikliklərə kökləndiyini gödüyümüz zaman başlaya bilər", - deyə o əlavə edib.

AzNews.az