ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinə tətbiq etmək istədiyi avtomobil idxalı vergisi ilə bağlı açıqlama verib. ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinə tətbiq etmək istədiyi avtomobil idxalı vergisi ilə bağlı açıqlama verib.

Tramp indi də Avropa ölkələrinə vergi tətbiq edir

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ölkələrinə tətbiq etmək istədiyi avtomobil idxalı vergisi ilə bağlı açıqlama verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə polşalı həmkarı Andjey Duda ilə Ağ Evdəki görüşündən sonrakı mətbuat konfransında deyib.

Tramp qeyd edib ki, Aİ ölkələri ABŞ-la, sabiq prezident Barak Obama ilə danışmayıb.

O, Aİ Komissiya sədri Jan Klod Yankerə dəfələrlə ABŞ-Aİ ticarət münasibətlərini müzakirə etmək üçün dəvət göndərdiyini, onun da qəbul etmədiyi halda Avropadan alınan avtomobillərə vergi tətbiq edəcəyini dediyini vurğulayıb.

Tramp vergi məsələsindən sonra Yankerin hərəkəti haqqında “düzü, Yanker Avropadan ofisimə o qədər tez gəldi ki, onların belə sürətli təyyarələri olduğunu bilmirdim” şəklində istehza dolu açıqlama verib.

ABŞ prezidenti növbəti görüşdə Aİ ilə anlaşdıqlarını qeyd edib.

Nurlan AĞA
AzNews.az