İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail prezidentlərini açıq şəkildə təhdid edib. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail prezidentlərini açıq şəkildə təhdid edib.

İntiqamımız amansız olacaq – SEPAH-dan ABŞ və İsrailə təhdid

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrail prezidentlərini açıq şəkildə təhdid edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, SEPAH İranın Əhvaz şəhərindəki terror hücumuna qarşılıq veriləcəyini bəyan edib. Korpusdan ötən gün verilən açıqlamada ölümcül və unudulmaz intiqam alınacağı bildirilib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də hücumla bağlı ABŞ-ı təqsirləndirir.

Məsələ ilə bağlı ABŞ-ın BMT təmsilçisi Nikki Haley ittihamları qəbul etməyərək, İrana “güzgüyə baxın” şəklində cavab verib.

Qeyd edək ki, sentyabrın 22-də İranın Əhvaz şəhərindəki hərbi paradda terror aktı törədilib. Nəticədə 25 nəfər ölüb. Ölənlərdən 12-si SEPAH üzvüdür.

Nurlan AĞA
AzNews.az