Rusiyanın Volgograd şəhərində 31 yaşlı sərxoş kişi internetdə tanış olduğu qadını və onun azyaşlı övladını vəhşicəsinə döyüb. Rusiyanın Volgograd şəhərində 31 yaşlı sərxoş kişi internetdə tanış olduğu qadını və onun azyaşlı övladını vəhşicəsinə döyüb.

İnternetdə tanış olduğu qadını və uşağını vəhşicəsinə döydü

Rusiyanın Volgograd şəhərində 31 yaşlı sərxoş kişi internetdə tanış olduğu qadını və onun azyaşlı övladını vəhşicəsinə döyüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs internetdə tanış olduğu qadını evinə dəvət edib. Qadın uşağı ilə onun evinə gedib. Kişi qapını arxadan bağlayaraq, qadını və 6 yaşlı uşağını vəhşicəsinə döyüb. Evdən gələn səsləri eşidən qonşular polisə zəng edib.

Hadisə yerinə gələn polisləri görən şəxs bıçaqla girovları öldürəcəyini deyib. Pəncərəni qırıb evə girən polislər qadın və uşağı xilas edə biliblər.

Həmin şəxs polislər tərəfindən tutularaq istintaqa cəlb olunub, qadın və uşaq isə xəstəxanaya yerləşdirilib.

Nigar CƏFƏR

AzNews.az

image description