İsveçrənin “Massoel Gəmiçilik” şirkətinə məxsus “MV Glarus” adlı yük gəmisi Nigeriya sahillərində girov götürülüb. İsveçrənin “Massoel Gəmiçilik” şirkətinə məxsus “MV Glarus” adlı yük gəmisi Nigeriya sahillərində girov götürülüb.

Piratlar İsveçrə gəmisini girov götürdülər

İsveçrənin “Massoel Gəmiçilik” şirkətinə məxsus “MV Glarus” adlı yük gəmisi Nigeriya sahillərində girov götürülüb.

“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, buğda daşıyan gəmi Laqosdan Nigeriyanın Port Harkourt şəhərinə doğru hərəkətdə olub.

Hadisə zamanı gəmidə olan 19 nəfərdən 12-si piratlar tərəfindən girov götürülüb.

Hazırda girovların xilas edilməsi istiqamətində tədbirlər aparılır.

AzNews.az