21:35
(077) 610-22-33

Obama vəzifə təklif etdi

  • >
273 2 Aprel 2013 08:01 | Dünya

ABŞ prezidenti Barak Obama keçmiş dövlət başçısı Con Kennedinin qızına Yaponiyada səfir olmağı təklif edib




Lent.az-ın verdiyi məlumata görə, Kerolayn Kennedi 2008 və 2012-i illərdə seçkiqabağı kampaniya zamanı Barak Obamanın namizədliyini dəstəkləyib.

55 yaşlı Kerolayn Kennedi yazıçı və vəkildir. 2009-cu ildə o, Nyu-Yorkun senatorluğu uğrunda mübarizə aparmaq istəyib, ancaq sonra namizədliyini geri götürüb.

Onun atası Con Kennedi 1961-ci il yanvarın 20-dən 1963-cü il noyabrın 22-dək ABŞ-ın prezidenti olub. 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində öldürülüb.

Kerolayn Kennedi Con və Jaklin Kennedinin sağ qalan yeganə övladıdır.

Qeyd edək ki, Yaponiya ABŞ-ın ən iri ticarət tərəfkeşidir. Əvvəllər bu ölkədə ABŞ-ın səfiri keçmiş vitse-prezident Uolter Mondeyl və nümayəndələr palatasının keçmiş sədri Tom Folli olublar.
Bağla X