08:04
(077) 610-22-33

Coxar Tsarnayevin dostları etiraf etdilər

  • >
687 2 May 2013 07:15 | Dünya

Bostonda beynəlxalq marafon keçirildiyi vaxtda terror aktı haqqında iş üzrə yeni saxlanılan iki nəfər - Qazaxıstan tələbələri Dias Kadırbayev və Azamat Tajayakov ədalət məhkəməsinə maneçilik törətməkdə ittihamlar olunublar.

Boston polisi bildirib ki, partlayışlar haqqında iş üzrə yeni üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

KİV məlumatına görə, söhbət Qazaxıstandan olan iki tələbə və ABŞ-ın bir vətəndaşı haqqında gedir. Onlar, hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, terror aktında ittiham olunan Coxar Tsarnaevin kollec üzrə dostlarıdır.

Onlar polisə verdikləri ifadə zamanı terror aktının keçirilməsində şübhəlı bilinən Coxar Tsarnayevin otağında dəlilləri məhv etməyə çalışıblar.

"Üç nəfərin hamısı etiraf ediblər ki, 2013-cü il aprelin 18-də axşam Tsarnayevin otağından çantanı çıxarıb, həmçinin Tajayakov və Kadırbaev onu da etiraf ediblər ki, Coxarın marafon vaxtı partlayışları törədən şəxslərdən biri olması barədə xəbəri eşidərək onlar çantanı məhv etmək niyyətində olublar", - sənəddə deyilir.

ABŞ xüsusi xidmət orqanlarının nümayəndələri zibilliyə atılmış dəlilləri sonradan tapıblar.

Rəsmi ittiham, gözlənildiyi kimi, Boston məhkəməsində saxlananlara təqdim ediləcək.

AzNews.az
Bağla X