01:58
(077) 610-22-33

Özbəkistanda güclü zəlzələ

  • >
319 26 May 2013 11:02 | Dünya

Bu gün Özbəkistanda saat 11:08-də növbəti dəfə zəlzələ baş verib



Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Daşkənddən 185 km cənubi-qərbdə və Cizak şəhərindən 48 km şimali-qərbdə olub.
Mərkəzin ilkin məlumatına görə, təkanların maqnitudası 6,5 təşkil edib.

Trend-in məlumatına görə, zəlzələ Daşkənddə təxminən 3 bal gücündə hiss olunub.

Qeyd edək ki, mayın 25-də gecə Özbəkistanda zəlzələ baş vermişdi. Zəlzələnin episentri Daşkənd vilayətində, Daşkənd şəhərindən təqribən 30-40 km cənubi-qərbdə olub. Episentrdə yeraltı təkanların gücü 5,5-6 bal, Daşkənddə isə 4-5 bal təşkil edib.

AzNews.az
Bağla X