14:40
(077) 610-22-33

2 qadını zorlayan 3 gənc əfv edildi: 82 il sonra

  • >
1 136 22 Noyabr 2013 12:03 | Dünya

Amerikanın Alabama ştatının məhkəməsi 1931-ci ildə iki ağdərili qadını zorlamaqda ittiham edilən 3 qaradərili yeniyetməni əfv edib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, söhbət Çarli Uims, Endi Rayta və Heyvud Patersondan gedir.

Qubernator Robert Bentlinin sözlərinə görə, o zaman gənc olan şəxslərin həyatında bundan sonra nəyinsə dəyişməsi mükün deyil: "Ancaq ədalət zəfər çalmalı idi".

Cinayət hadisəsi 1931-ci ildə baş verib. Yeniyetmələr bir qrup avara ilə birlikdə yük qatarı ilə Alabamaya gedib. Qatarda dava baş verib, nəticədə 10 qaradərli polis tərəfindən saxlanılıb.

Vaqona baxış zamanı 2 qadın tapılıb ki, onlar gənclərin onlara təcavüz etdiyini bildiriblər. İlk məhkəmə instansiyası 9 gəncin hamısını təqsirkar bilib. Onlardan 9-na ölüm hökmü çıxarılıb. Daha sonra məsələyə Kommunist Partiyası müdaxilə edib və yeniyetmələrə hüquqi yardım göstərilib. Uzunsürən məhkəmə prosesində 1937-ci ildə müttəhimlərdən 5-i bəraət alıb.

Qalan 54 nəfər barəsində ölüm hökmü dəyişdirilib.

Məhkəmə davam edən müddətdə ölkədə çoxsaylı etiraz aksiyaları keçirilib.

Ölkənin şimalında qaradərililəri müdafiə etdikləri halda, cənubunda keçirilən aksiyalarda edam tələbləri səslənib.

Elnur
AzNews.az
Bağla X