08:15
(077) 610-22-33

Kiyevdə müxaliflər mühasirəyə alınır, barrikadalar sökülür

  • >
435 9 Dekabr 2013 21:00 | Dünya

Ukraynada avrointeqrasiya tərəfdarlarının kütləvi etiraz aksiyaları davam edir. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Ukrayna xüsusi təyinatlıları hökumət evinin qarşısında toplaşan nümayişçiləri mühasirəyə alaraq barrikadaları sökməyə başlayıblar.

Ukrayna KİV-in yazdığına görə, Kiyev hüquq-mühafizə orqanları küçələrdə barrikada qurmuş avrointeqrasiya tərəfdarlarına qarşı hücuma keçiblər. Ukraynanın "5-ci kanal"ının verdiyi məlumata görə, xüsusi təyinatlılar, demək olar ki, hökumət binasının qarşısında toplaşan əhalini bütünlüklə oradan uzaqlaşdırmağa nail olub. Onlar həmçinin nümayişçiləri nazirlər kabinetinin binasından da uzaqlaşdıra biliblər.

Xatırladaq ki, Ukraynada hökumətin avrointeqrasiya siyasətinə qarşı kütləvi etirazlar noyabr ayının 21-dən başlayaraq davam edir. Əhali hökumət evinin və nazirlər kabinetinin binaları qarşısında barrikadalar və çadırlar qurublar.


AzNews.az
Bağla X