04:43
(077) 610-22-33

6 aylıq körpə donaraq öldü

  • >
461 13 Dekabr 2013 12:33 | Dünya


Suriyada havaların kəskin soyuması minlərlə insanı donmaq təhlükəsi qarşısında qoyub.

İstiliklə təmin bilməyən bölgələrdən artıq ölüm xəbərləri gəlir. AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, İdlib vilayətinin Rastan qəsəbəsində 6 aylıq körpə donaraq həyatını itirib.

Suriyada bombardmanlar nəticəsində evlərini itirən və yaşamaq üçün mübarizə aparan vətəndaşların çətinliyi qış mövsümündə daha da artıb. Köhnə çadır və baraklarda yaşayan xalq soyuğa qarşı müdafiəsiz qalıb.

Minlərlə insanın donma təhlükəsi ilə qarşı-qarşıya qaldığı bildirilir. Lakin onları bu təhlükədən xilas etmək üçün hansı tədbirlərin nəzərdə tutulduğu barədə heç bir açıqlama verilmir.

Elman
AzNews.az
Bağla X