03:50
(077) 610-22-33

“Erməni gücü“ cinayətkar qrupunun üzvünə 8 il həbs

  • >
536 16 Dekabr 2013 16:06 | Dünya

Kaliforniya Federal Məhkəməsi ABŞ-dakı "Erməni gücü" cinayətkar qruplaşmasının üzvlərindən biri, 100 il həbs cəzasına məhkum ediləcəyi gözlənilən Karo Yerkanyanı 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə Trend məlumat verir.

Sentyabrda ABŞ-ın Ədliyyə Nazirliyi məlumat vermişdi ki, aralarında K.Yerkanyan da olmaqla ümumilikdə 59 nəfər onlara qarşı irəli sürülən soyğunçuluq, qarət, qətl, oğurluq, şantaj, dələduzluq, narkotik qaçaqmalçılığı və qanunsuz silah dövriyyəsi ilə bağlı ittihamlar üzrə günahlarını etiraf ediblər.

Ona qarşı irəli sürülmüş ittihamlar üzrə K.Yerkanyanı 100 ildən çox həbs cəzası gözləyirdi. Lakin məhkəmə müdafiə tərəfinin onun 8 il müddətinə azadlıqdan məhrum edilməsi, əlavə olaraq, həbsdən azad edildikdən sonra 5 il nəzarət altında olmaqla cəza verilməsi barədə ərizəsini təmin edib.

AzNews.az
Bağla X