14:05
(077) 610-22-33

Təyyarə ekipajına hücum

  • >
468 7 Yanvar 2014 21:11 | Dünya



Türk Hava Yollarının ( THY) İstanbul- Bəsrə səfərini reallaşdıran sərnişin təyyarəsi, havanın pis olması səbəbiylə Küveytə enmək məcburiyyətində qalıb. İraqda havanın əlverişsiz olduğunu bildirən pilot, istanbula geri dönəcəyini bəyan edib. Bu zaman təyyarədəki 18 İraqlı sərnişin ilə ekipaj arasında mübahisə yaranıb. İraqlı sərnişinlər ekipaja hücum ediblər. Ekipajla sərnişinlər arasında dava düşüb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, davada xəsarət alan olmasa da, 18 iraqlı sərnişinin Küveytdə təyyarədən yerə düşürüldüyü və digər 88 sərnişinin İstanbula döndüyü bildirilir.

Elman
Aznews.az
Bağla X