Suriyalı nazir: “Terrorçular eyni mənbədən təşkilatlanır“


AzNews.az SANA agentliyinə istinadən xəbər verir ki, Suriyanın informasiya naziri Omran əz - Zoybinin fikrinə görə Rusiyada, İraqda və Suriyada törədilən teraktlar eyni mənbədən təşkil olunur. Buna görə Moskva, Bağdad və Dəməşq bütün imkanlarını səfərbər etməlidilər ki, milli təhlükəsizliklərini qorusunlar, bu onların qanunu haqlarıdır. Bundan başqa suriyalı nazir qeyd edib ki,onun ölkəsindəki bütün silahlı qruplaşmalar terrorçulardır, onları qətiyyən "radikal" və ya "orta" qruplara ayırmaq olmaz, onların bir adı var - terrorçu.

AzNews.az