02:21
(077) 610-22-33

30 günlük müharibə şoku

  • >
1 028 16 Avqust 2012 10:14 | Dünya

İsrail İranla müharibəyə hazırdı


İsrail İrana hücum etməyi qərara aldığı təqdirdə, müxtəlif cəbhələrdə 30 günlük müharibəyə hazırdır. Bu barədə vəzifəsini tərk etməkdə olan müdafiə naziri Matan Vilnai deyib.

AzNews.az Frans Press agentliyinə istinadən xəbər verir ki, nazir Maarif qəzetinə müsahibəsində İsrailin belə bir müharibəyə "heç vaxt olmadığı kimi" hazırlaşdığını bildirib.


Matan Vilnai deyib ki, yəhudi dövləti Tehranın nüvə proqramına qarşı hücumlar etmək qərarına gəlsə, İsrail bu hücumun nəticələrilə üzləşməyi gözə alıb. Ancaq nazir istənilən hərbi müdaxilənin ehtiyatla ölçülüb-biçilməli və ABŞ-la razılaşdırılmalı olduğunu bildirib.

"Ancaq məsələ burasındadır ki, toqquşma lazımdırmı? Müharibə elə bir şeydir ki, onu təxirə salmaq, ölçüb-biçmək lazımdır" - cənab Vilnai deyib. "ABŞ bizim ən böyük dostumuzdur və belə işləri mütləq onlarla koordinasiya etməliyik" - nazir əlavə edib.İsrail rəsmiləri xəbərdar edib ki, Tehranın nüvə silahı hazırladığına inanırsa, Tel-Əviv, Vaşinqtonun etirazına baxmayaraq İrana birtəfəli hücum etməlidir.


Aynur

AzNews.az

Bağla X