21:48
(077) 610-22-33

İngiltərə su altında qaldı - Video

  • >
585 11 Yanvar 2014 20:49 | Dünya

İngiltərə torpaqları sel sularının altında qalıb.

Britaniyanın ətraf mühit agentliyi suların həftə sonu da artacağını xəbərdar etsə də, Temzaya bir neçə çay birləşdiyindən su səviyyəsinin nə qədər qalxacağını təxmin edə bilmir. Agentliyin rəsmisi Oksfordşayr, Berkşayr və Sürreydə əhalinin daşqınlarla bağlı ən son xəbərdarlıqları diqqətlə izləməyi tövsiyə edib.

Agentlik həmçinin daşqınlardan zərərçəkmiş əhalini sel sularında üzməməyə və maşın sürməməyə çağırıb. Təkcə dünən ərzində İngiltərə və Uelsin müxtəlif əyalətlərində 94-ə yaxın daşqın xəbərdarlığı verilib.

Sel sularından ən çox İngiltərənin Cənub-Şərq və Cənub-Qərb bölgəsi əziyyət çəkib. Son daşqın xəbərdarlıqları, bir-birinin ardınca gələn qasırğalar fonunda, verilib ilin ilk günlərindən başlayaraq Birləşmiş Krallıqda 570-ə yaxın daşınmaz əmlak su altında qalıb. (ANS)





AzNews.az
Bağla X