- Köhnə - Dünya
- 15 Yanvar 2014 21:18
- 2 538
İraqda bir neçə partlayış törədilib - 73 ölü, 128 yaralı
APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, Bağdadın müxtəlif ərazilərində 4 minalanmış avtomobil partladılıb.
Bundan əvvəl Mosulda (paytaxt Bağdaddan 370 km aralıda) 7 hərbi qulluqçu partlayış nəticəsində ölüb.
Daha bir hücum Bakuba şəhərinin yaxınlığında (Bağdaddan 60 km aralıda) olub. Nəticədə 18 iraqlı həlak olub, 10-dan çoxu yaralanıb.
AzNews.az