04:56
(077) 610-22-33

35 ildən sonra tarixi səfər

  • >
861 17 Avqust 2012 10:16 | Dünya

Misir prezidenti Tehrana gedir



"Əlaləm" telekanalının verdiyi məlumata görə, Misirin yeni prezidenti Məhəmməd Morsi Tehranda keçirilən tərəfsiz ölkələrin sammitində iştirak etmək məqsədi ilə Tehrana səfər edəcək. Bundan əvvəl isə Morsi Çin Xalq Respublikasında rəsmi səfərdə olacaq.

Bu isə Misir prezidentinin 35 illik fasilədən sonra İrana ilk səfəri olacaq. Tehranda keçirilən Tərəfsizlər Sammitində 30 ölkə başçısı qatəlacaq. Hal-hazırda quruma Misir başçılıq edir.

Tehran sammitində İran qurumun növbəti rəhbəliyini əldə edəcək. Morsi Misirdə baş verən üsyan nəticəsində devrilən Hüsni Mubarəkdən sonra ilk dəfə demokratik seçki yolu ilə prezident seçilib.

Alpər
AzNews.az
Bağla X