15:59
(077) 610-22-33

Şagirdləri qaçıraraq təcavüz edən diktatorun yataq otağı - FOTOLAR

  • >
13 966 26 Yanvar 2014 19:46 | Dünya

Liviyanın devrildikdən sonra qətlə yetirilən lideri Müəmmar Qəddafinin 14 yaşlı qızlara təcavüz etdiyi otağın fotoları yayılıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 42 illik hakimiyyəti dövründə Qəddafinin yaşı 14-dən çox olmayan qızlara meyl etməsi ilə tanınıb.

Qəddafinin hərəmxanasının ilk görüntüləri BBC4 tərəfindən hazırlanan sənədli filmdə yer alıb.

Filmdə görüntüləri yayımlanan otaqlarda minlərlə gənc qıza təcavüz edildiyi, öldürüldüyü bildirilir.

Görüntülərdə iki nəfərlik çarpayı, cakkuzi görünür. Həmçinin yanda qızların müayinə olunduğu otağın olduğu vurğulanır.

Gənc qızlar Qəddafi ilə əlaqəyə məcbur edilməzdən əvvəl müayinə olunaraq xəstəlik daşıyıcısı olmadıqları müəyyən edilib. Həmçinin hamilə qızlar bu otaqda abort edilib.

Qəddafinin qızları əsasən məktəblərdən seçdiyi vurğulanır. Diktatorun getdiyi məktəblərdə xoşuna gələn şagirdlər daha sonra qaçırılaraq ona təslim edilib.

Qızları qaçırılan ailələr övladlarının aqibətini öyrənmək istədikləri zaman öldürülüb. Adı açıqlanmayan bir qadın 15 yaşında qaçırıldığını və 7 il boyunca diktator tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Elnur
AzNews.az
Bağla X