13:14
(077) 610-22-33

BMT-nin diplomatik nümayəndəsi oğurlanıb

  • >
613 5 Mart 2014 20:11 | Dünya

Bu gün Krımda BMT-nin xüsusi diplomatik nümayəndəsi Robert Serri oğurlanıb.

APA-nın Korrespondent.net saytına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN-in informasiya siyasəti departamentinin müdiri Evqeniy Perebeynis bəyan edib.

"Serri indicə zəng edib bildirdi ki, Simferopolda onun avtomobilini dayandıran naməlum silahlılar onu hava limanına aparacaqları barədə əmrin olduğunu bildiriblər. Serri isə imtina edib və hazırda o faktiki olaraq girov vəziyyətindədir", - deyə E.Perebeynis bildirib.

Qeyd edək ki, Robert Serri yarımadadakı vəziyyətlə tanış olmaq üçün Krıma gəlib.


AzNews.az
Bağla X