18:32
(077) 610-22-33

Obama ilə Putinin telefon danışığının tezisləri açıqlandı

  • >
1 271 7 Mart 2014 09:50 | Dünya

Tərəflərin dəyərləndirmələrində fərqlilik olub




ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı olub.

AzNews.az-ın xəbərinə görə, telefon söhbətində B.Obama Ukrayna böhranında çıxış üçün maraqlara toxunmayan ssenari təklif edib.

ABŞ prezidenti təklif edib ki, Ukrayna və Rusiya arasında beynəlxalq birliyin iştirakı ilə danışıqlar aparılsın, beynəlxalq müşahidəçilərin Ukraynada bütün vətəndaşların, o cümlədən etnik rusların bütün hüquqlarının qorunmasına təminat verilsin, Ukraynaya yeridilən Rusiya hərbi birləşmələri bazalarına qayıtsın, - Ukrayna prezidentliyinə mayda keçiriləcək seçkilərə hazırlıq birgə dəstəklənsin.

ABŞ dövlət katibi Con Kerri problemin diplomatik həlli üçün Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna hökuməti və digər tərəflərlə danışıqların davam etdirilməsi fikrini də söyləyən B. Obama problemin sülh yolu ilə çözülməsinin tərəfdarı olduğunu bildirib.

Rusiya prezidentinin mətbuat xidmətinin açıqladığı məlumatda isə bildirilib ki, Vladimir Putin Rusiya-ABŞ münasibətlərinin dünyada sabitlik və təhlükəsizliyin təmin olunması baxımından çox vacib olduğunu söyləyib. V. Putin bildirib ki, bu münasibətlər ayrı-ayrı beynəlxalq problemlərə görə qurban verilməməlidir.

Telefon danışığında tərəflərin dəyərləndirmələrində fərqlilik olması ortaya çıxıb. V.Putin B.Obamanın diqqətinə çatdırıb ki, Rusiya Ukraynanın cənub-şərqindən gələn kömək barədə çağırışları diqqətə almaya bilməz. Bu da beynəlxalq hüquq normalarına tam uyğun hərəkətdir.

AzNews.az
Bağla X