16:07
(077) 610-22-33

Şok iddia: İtən təyyarə Pakistana qaçırılıb - Foto

  • >
3 782 15 Mart 2014 21:03 | Dünya

İtən Malaziya təyyarəsinin harada ola biləcəyi ilə bağlı daha bir şok iddia irəli sürülüb.

"Axar.az" xəbər verir ki, avstraliyalı media imperatoru hesab edilən Rupert Murdok Tvitter hesabında mediada mübahisə yaradacaq iddia ortaya atıb.

Murdok 8 martda Kuala-Lumpurdan Pekinə yola düşən "Boinq 777" tipli sərnişin təyyarəsinin dənizə düşmədiyini və qaçırıldığını bildirib. O Tvitter hesabında təyyarənin Bin Laden kimi Pakistanın şimalında gizlədildiyini yazıb.

Murdokun bu tviti pakistanlı Tvitter istifadəçilərinin narazılığına səbəb olub.

Qeyd edək ki, avstraliyalı Murdokun sahib olduğu Amerika televiziyası "Fox News"da xəbərlər proqramında təyyarənin Pakistanda olub-olmadığını sorğulamışdı və bu məsələ media orqanlarında mübahisə yaratmışdı.


AzNews.az
Bağla X