03:40
(077) 610-22-33

İraqda ardıcıl hücumlar - 14 ölü, 19 yaralı

  • >
782 16 Mart 2014 21:08 | Dünya


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İraqda hücumlar seriyası 14 nəfərin həyatına son qoyub, 19 nəfər yaralanıb.

İraq polisinin xəbərinə görə silahlı hücum nəticəsində ölkənin şərqində 5 nəfər həlak olub, 10 nəfərdən çox yaralanıb.
Silahlılar qrupu İraqın şimalında yerləşən Səlah - əd - Din əyalətinin qubernatorunun evinə hücum ediblər. Hücum nəticəsində üç qadın və əyalət rəhbərinin qohumu həlak olub. Qubernatorun 4 oğlu və 7 qoruyucu yaralanıb. Qubernator özü hücumdan gizlənə bilib.
Habelə hərbi hava qüvvələri hökumət əleyhinə sünni qruplaşmasının rəhbəri Rafi - Əl - Meşxinin evini atəşə tutublar. 4 nəfər dinc sakin həlak olub.
Şirkat şəhərində isə silahlı bir kişi valyutadəyişmə məntəqəsinə hücum edərək sahibkarı və günahsız digər bir şəxsi güllələyib.
BMT - nin məlumatına görə İraqda terror hərəkətləri nəticəsində 703 nəfər ölüb, 1381 nəfər yaralanıb.

Əli
AzNews.az

Bağla X