09:12
(077) 610-22-33

Yəhudilər yenidən etiraza qalxdı – 5 nəfər həbs olundu (VİDEO)

  • >
1 376 11 Aprel 2014 09:04 | Dünya

"Dinin nəzarətə götürülməsinə qarşı vətəndaş qiyamı"



İsraildə radikal ortodoksal yəhudilər həqiqi hərbi xidmətə çağırılma haqqında qanuna görə yenidən aksiya keçiriblər. AzNews.az-ın məlumatına görə, kütləvi etiraz aksiyası Qüdsdə keçirilib. Aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib və İsrail parlamentinin bir müddət əvvəl bu məsələ ilə bağlı çıxardığı qərar tənqid olunub.

Əllərində ingilis dilində tərtib olunmuş "Dinin nəzarətə götürülməsinə qarşı vətəndaş qiyamı" yazılmış şüarlar nümayiş etdirən etirazçılar, zibil qutularını və təkərləri yandıraraq yolları bağlayıblar. Polis etirazçılardan beş nəfəri həbs edib.

Xatırladaq ki, ötən ay İsrail parlamentində bu qanun müzakirəyə çıxarılan zaman da bir qrup radikal ortodoksal yəhudilər etiraza qalxmışdı.

Məlumat üçün bildirək ki, İsraildə 8 milyon əhalinin təxminən yüzdə 10 faizini təşkil edən ortodoks yəhudilərin dini təhsillərini davam etdirə bilməsi üçün əvvəlki hakimiyyət onları həqiqi hərbi xidmətdən azad etmişdi.


Xəyalə Məmmədova
AzNews.az
Bağla X