Bütün dünyanı təəccübləndirən siyam əkizləri- VİDEO

Hindistanın Çattişgar (Chhattisgarh) əyalətində yaşayan 12 yaşlı siam əkizləri - Şivanat və Şivram qardaşları bütün dünyanın təəccübünə səbəb olublar. Dörd qol və iki ayaq üzərində hərəkət edən, ağciyər, beyin və ürəkləri ayrı, mədələri eyni olan əkizlər sərbəst şəkildə məktəbə gedir, digər uşaqlar kimi oynayırlar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əkizlər bir-birindən ayrılmaq istəmirlər: "Biz ayrılmaq istəmirik...Yaşlansaq da belə qalacağıq". Əkizlərin 45 yaşlı atası Rac Kumar isə bildirib ki, övladları yağışlı havada yeriməkdə çətinlik çəkirlər. Amma buna rəğmən ata da uşaqlarının bir-birindən ayrılmasını istəmir: "Onların ayrılmasına külli miqdarda pul tələb olunur. Mən də istəmirəm ki, Şivanat və Şivram ayrılsınlar. Allah onları belə yaratdı və belə də qalacaqlar".

Dehli yaxınlığında yerləşən "Gurgaon" Tibbi Araşraşdırma institutunun rəhbəri Krişhan Çuq isə bildirib ki, əməliyyat olunsalar, əkizlərdən yalnız biri - Şivram normal həyat tərzi sürə biləcək. Şivanat isə ayaqları olmadığından yataq xəstəsinə çevriləcək.




İntiqam Valehoğlu
AzNews.az