04:03
(077) 610-22-33

Əməliyyatlara Turçinov özü rəhbərlik edir

  • >
1 086 14 Aprel 2014 19:10 | Dünya

Ukraynanın şərqində keçirilən xüsusi operativ əməliyyat qərargahına şəxsən Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov rəhbərlik edir.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatın güc hissəsini bu gün Ukraynanın təhlükəsizlik xidmətinin birinci müavini təyin edilmiş Vasili Krutov icra edəcək.

"Qərargaha bilavasitə Turçinov rəhbərlik edir. Operativ məsələlərin həlləri ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Parubiy, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Nalivayçenko məşğuldur. Ukrayna Təhlükəsizlik Xidmətinin bütün güc strukturları isə Vasili Krutovun tabeçiliyindədir" – adının çəkilməsini istəməyən mənbə RİA Novosti-yə bildirib.

Əməliyyatın niyə məhz 64 yaşlı Krutova həvalə edilməsini isə mənbə izah edə bilməyib.

AzNews.az
Bağla X