Suriyada iki ildir girov saxlanılan ABŞ-lı jurnalisti sərbəst buraxılıb. Suriyada iki ildir girov saxlanılan ABŞ-lı jurnalisti sərbəst buraxılıb.

İki ildir girov saxlanılan jurnalist azad edildi

Suriyada iki ildir girov saxlanılan ABŞ-lı jurnalisti sərbəst buraxılıb.



APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, BMT iki il əvvəl Suriyada əsir götürülən amerikalı müstəqil jurnalist Piter Teo Kurtisin azad edilməsini təsdiqləyib.

BMT sülhməramlıları jurnalisti Colan yüksəkliklərinə aid ərazidə əl-Rafid kəndində təhvil alıblar.

Qeyd edək ki, 45 yaşlı müstəqil jurnalist Piter Kurtis 2012-ci ildə Türkiyə-Suriya sərhədi yaxınlığında "ən-Nusra Cəbhəsi"nin yaraqlıları tərəfindən əsir götürülmüşdü.

AzNews.az