09:45
(077) 610-22-33

Rusiya Poroşenkonu legitim prezident kimi tanıdı

  • >
752 25 Avqust 2014 15:06 | Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bütün “nüanslara” baxmayaraq ölkəsinin Petro Poroşenkonu Ukraynanın legitim prezidenti kimi tanıdığını bildirib.



Onun sözlərinə görə, Moskva Poroşenkonun öz mandatından istifadə edərək müharibəni dayandıracağına ümid edir.

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, az öncə ABŞ prezidenti Barak Obama prezident Vladimir Putinlə şəxsi söhbətində sonuncunu Petro Poroşenkonu Ukraynanın legitim dövlət başçısı kimi tanımağa çağırmışdı.

Kremlin son qərarı ən əvvəl Poroşenkonun separatçılığın tüğyan elədiyi və döyüşlərin getdiyi Şərqi Ukrayna üçün də legitim olduğunu etiraf eləmək baxımından diqqət çəkir.

AzNews.az
Bağla X