09:44
(077) 610-22-33

BMT sülhməramlıları əsir götürüldü

  • >
969 28 Avqust 2014 19:45 | Dünya

Suriyanın Holan yüksəkliklərində bir qrup silahlı 43 nəfərdən ibarət BMT sülhməramlılarını əsir götürüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə islamçıların hökumət qüvvələri ilə toqquşduğu Küneytra yaşayış məntəqəsində baş verib.

Məlumatlara görə, daha 81 sülhməramlı yaxınlıqdakı yaşayış məntəqələrində mühasirəyə düşüb. Qeyd edək ki, avqustun 27-də silahlılar İsrailin işğal altında olan Holan yüksəkliklərinin sərhədində nəzarət-keçid məntəqəsini ələ keçiriblər.

AzNews.az
Bağla X