Son iki gün ərzində Rusiyanın Ukraynanın cənub-şərqindəki separatçılara iri miqyaslı hərbi dəstəyi hökumət qüvvələrini çətin vəziyyətə salıb. Son iki gün ərzində Rusiyanın Ukraynanın cənub-şərqindəki separatçılara iri miqyaslı hərbi dəstəyi hökumət qüvvələrini çətin vəziyyətə salıb.

Rusiya tankları Mariupolda-Ukrayna Azov sahillərini itirmək təhlükəsində

Son iki gün ərzində Rusiyanın Ukraynanın cənub-şərqindəki separatçılara iri miqyaslı hərbi dəstəyi hökumət qüvvələrini çətin vəziyyətə salıb.



AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin cənub hissəsindən hücuma keçən Rusiya ordusu Azov dənizi sahili boyunca yaşayış məntəqələrini ələ keçirməyə başlayıb. Qondarma "Novorosiysk Respublikası" bayrağı altında Ukraynanın içərilərinə doğru irəliləyən rus qoşunları ötən gün Novoazovsk şəhərini ələ keçiriblər.

Bu gün isə rus qoşunları Azov dənizi bölgəsinin ən iri şəhəri olan Mariupola yaxınlaşıblar. Şəhər rus ordusunun mühasirəsi altına düşmək təhlükəsi ilə üzləşib.

Ukrayna kəşfiyyat orqanlarının məlumatına görə, hazırda 60-a yaxın tank və digər silahlarla təmin olunmuş hərbi qüvvə şəhərə yaxınlaşır.

Məhəmməd
AzNews.az