08:08
(077) 610-22-33

Həsən Ruhani dəstəkləndi- VİDEO

  • >
1 071 3 Sentyabr 2014 17:55 | Dünya

İran prezidenti Həsən Ruhaninin din xadimlərini internetə qarşı daha dözümlü olmağa səsləyən bu çagırışı internetin ciddi nəzarət altında saxlandığı ölkədə xüsusilə gənclər tərəfindən müsbət qarşılanıb.

ANS TV-nin məlumatına görə, din xadimləri yüksək surətli internet xidmətlərinin ölkə daxilində icazəsiz yayılmasının dini baxımdan təhlükəli olduğunu desələr də vətəndaşlar hesab edir ki, bu qadağalar əks təsir göstərir.

Tələbə Mehdi Puyanın sözlərinə görə, "Filter etmək saytları baglamaq özü insanı təşviq edir ki, həmin saytı açsın. Məsələn, İranda "Facebook" qadağandır. Amma 25 milyon iranlının "Facebook"dan istifadə etdiyi barədə məlumat var. Bu göstərir ki, saytları baglamaq ən yaxşı yol deyil".

Tehran sakini Reza Həbibiyan deyir ki, "Saytların bağlanmasının qəti əleyhinəyəm. Hər kəs gərək özü qərar versin ki, hansı pisdir, hansı yaxşıdır, yəni heç kim diyə bilməz ki, siz hansı saytdan istifadə edin, ya da istifadə etməyin".

Uzun illərdir ki, İranda internet və bu texnologiyadan istifadə nəzərət altındadır. Qanuna və islami qaydalara uygun hesab edilməyən saytlar İnterneti Filtrləmə Komitəsi tərəfindən filter edilir və baglanır.

Ötən il mesajlaşma applikasiyası olan "WeChat" İranda işdən duşub və filter olub. "Facebook", "Twitter" və "Youtube" 2009-cu ildən baglanıb. Amma digər saytlar və applikasiyalar təmamilə istifadə olunur. Məsələn, "Viber" İran gəncləri arasında çox populyardır.

Hesablamalara əsasən 2013-cu ildə İranda internet istifadəçilərinin sayı 35 milyon nəfərdən artıqdır və 20 milyona yaxın insan isə internet-kafelərdən istifadə edir.



AzNews.az
Bağla X