“Real Madrid”də həftəyə 350 min avro qazanan Ronaldo “qırmızı şeytanlar”dan 500 min avro istəyib. “Real Madrid”də həftəyə 350 min avro qazanan Ronaldo “qırmızı şeytanlar”dan 500 min avro istəyib.

Ronaldo maaşının artırılmasını tələb etdi

“Real Madrid”də həftəyə 350 min avro qazanan Ronaldo “qırmızı şeytanlar”dan 500 min avro istəyib.



AzNews.az xəbər verir ki, Kriştiano Ronaldonun "Mançester Yunayted"ə qayıdacağı ilə bağlı məsələ gündəmdən düşmür. Bir müddət əvvəl ulduz futbolçu mətbuata verdiyi açıqlamada keçmiş klubuna qayıda biləcəyinə işarə etmişdi. Hətta, İngiltərə klubunun azarkeşləri bununla bağlı aksiya da keçirməyi planlaşdırır.

Ronaldonun "Real"ı tərk etməsi üçün "Mançester Yunayted" 160 milyon avro ödəməlidir. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Futbolçu özü isə "qırmızı şeytanlar"dan həftəlik 500 min avro məvacib tələb edir. Hazırda portuqaliyalı ulduz "Real"da həftəyə 350 min avro qazanır.

Qeyd edək ki, Ronaldo klubun transfer siyasətindən narazılığını bildirəndən sonra PSJ və "Çelsi" də futbolçunun transferi üçün fəaliyyətə başlayıb.


AzNews.az