11:36
(077) 610-22-33

Hillari Lavrovdan USAİD-in fəaliyyətini uzatmağı xahiş etdi

  • >
875 20 Sentyabr 2012 09:51 | Dünya

USAİD-in Rusiya ofisinin bağlanması Rusiya – ABŞ münasibətlərinə təsirsiz ötüşməyib.
AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Dövlət katibi Hillari Klinton məsələ ilə bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrova məktub ünvanlayıb. Xanım Klinton XİN rəhbərindən USAİD-in fəaliyyətini 2013-cü ilin mayına qədər uzatmağı xahiş edib.

Rusiya XİN-i isə məktubda yer alan digər detallar barədə açıqlama verməkdən imtina edib, sadəcə bu mövzuda məktub aldıqlarını təsdiqləməklə kifayətlənib. Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland faktı təsdiqləyib və bildirib ki, USAİD növbəti il üçün Rusiya ilə müqavilə bağlamayacaq.

Xatırladaq ki, USAİD-in Rusiya ofisinin bağlanması barədə bu ölkənin Xarici İşlər Nazirliyi rəsmi məlumat yaymışdı. Məlumatda qeyd edilirdi ki, təşkilatın bağlanmasına səbəb onun daxili siyasətə, xüsusilə də seçkilərə qrantlar ayırmaqla müdaxilə etməsidir.

Sadiq Musa
AzNews.az
Bağla X