17:13
(077) 610-22-33

İş yoldaşlarını güllələdi

  • >
767 28 Sentyabr 2012 13:03 | Dünya

Ən az 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb



ABŞ-ın Minessota ştatında dəhşətli olay yaşanıb. Kompaniyaların birində əməkdaşlardan birinin işdən çıxarılması faciə ilə nəticələnib. Belə ki, həmin şəxs işdən çıxarıldığı barədə xəbər aldıqdan 3 saat sonra ofisə gələrək, iş yoldaşlarına atəş açıb.

AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ən az 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlər arasında atəş açan şəxsin də olduğu deyilir. Bununla belə şəxsin kimliyi və hansı kompaniyada işləməsi barədə məlumat verilmir.

Sadiq Musa
AzNews.az
Bağla X