20:40
(077) 610-22-33

“İŞİD-lə mübarizə 3-cü dünya müharibəsidir” – İordaniya Kralı

  • >
1 565 2 Mart 2015 15:50 | Dünya

İordaniya kralı II Abdulla “İslam Dövləti” ilə (İD) mübarizəni 3-cü dünya müharibəsilə eyniləşdirib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

"İD-lə mübarizəyə istər müsəlmanlar, istərsə də xristianlar cəlb edilib. Hamı bu cinayətkarlığa qarşı birləşib. Əhatə dairəsinə və cəlb edilən ölkələrin sayına görə, bu müharibə 3-cü dünya müharibəsinə bənzəyir",- deyə İordaniya kralı bildirib.

Qeyd edək ki, İD İraq və Suriyada çox saylı yaşayış məskənlərini ələ keçirib, xeyli insanı tutub və edam edib.

İD-in mövqelərinə qarşı koalisiya qüvvələri daim avia zərbələr endirirlər.
İordaniya da bu zərbələrdə aktiv iştirak edib.

Xatırladaq ki, İD tutduğu İordaniyalı pilotu diri-diri yandırıb.

Bağla X