00:25
(077) 610-22-33

Nemtsovun qətlinə görə daha 2 nəfər tutuldu – ŞOK FAKTLAR üzə çıxdı

  • >
4 723 8 Mart 2015 11:44 | Dünya

Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlinə görə daha 2 nəfər tutulub. AzNews.az xəbər verir ki, bu haqda məlumatı “joinfo” saytı yayıb.


Məlumata görə, tutulanlardan biri "Şimal" ("Sever") batalyonunun rəhbərinin müavini, dünən həbs edilən Anzor Qubaşevin qardaşı Şahid Qubaşevdir. Tutulan 4-cü şəxsin adı isə açıqlanmır.

Qətldə şübhəli bilinən daha bir nəfər isə özünü əl qumbarası ilə öldürüb. Hadisə Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində baş verib. O, polislərə təslim olmamaq üçün öncə bir əl qumbarasını da onlara tərəf atıb.

Zaur Dadayevin anası Aymani Dadayeva oğlunun uzun müddətdir ki, Çeçenistan hüquq-mühafizə orqanlarında və "Şimal" batalyonunda çalışdığını etiraf edib.

Qeyd edək ki, "Şimal" batalyonuna Adam Delimxanov adlı bir şəxs rəhbərlik edir.
"Qafqazmərkəz" saytının verdiyi xəbərə görə, o, Kremlin göstərişi olmadan belə səs-küylü qətlləri özbaşına həyata keçirə bilməzdi.

Çeçenistan Respublikasının lideri Ramzan Kadırovun yaxın qohumu olan Adam Delimxanov həm də onun şəxsi çəlladı hesab edilir.

Alınan son xəbərlərdə deyilir ki, artıq İnquşetiyada da Nemtsovun qətli ilə bağlı "Lord" bandasının üzvləri arasında həbslər həyata keçirilir.

Bu banda bir vaxtlar Yevkurovu qətlə yetirənləri də polislərə təslim etmişdi. Bunun isə şəxsən Ramzan Kadırova görə edildiyi bildirilir. Kadırov bu bandanın rəhbərini bir vaxtlar təhqir edib. Təbii ki, "Lord"un da özbaşına hərəkət etmədiyi göz qabağındadır. Onların Moskvada "adamları"nın olduğu bəllidir. Elə Kadırovun özünü də Vladimir Putin himayə edir.

Bütün bunlar isə heç də Putinin xeyrinə deyil və onun Nemtsovun qətli ilə bağlı manevr dairəsi xeyli daralır. Edilən həbslərin arxasında isə Putinə qarşı duran insanların olduğu gizlədilmir. Yəqin onlar istər Delimxanov, istərsə də Kadırovla hesablaşmağın vaxtının yetişdiyini hiss ediblər.



Ekspertlər hesab edir ki, Dadayevin Nemtsovu qətlə yetirməsi sübuta yetirilsə, Putinin yaxın ətrafı arasında ciddi konfliktin olduğu üzə çıxacaq.
Bağla X