04:14
(077) 610-22-33

Xodorkovskiyə ölüm mesajı göndərildi - Moskvada

  • >
2 075 11 Mart 2015 16:55 | Dünya

Mixail Xodorkovskinin mətbuat katibi Kyulle Pispanen Moskva şəhərində evinin qarşısında maraqlı “hədiyyə” ilə qarşılaşıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "novayagazeta" saytı yayıb.

Kyulle Pispanen qapısına əklil qoyulduğunu görüb. Bu barədə o, özünün Facebook səhifəsində yazıb.




Qeyd edək ki, bu gün "novayagazeta" saytı Rusiyada öldürülmək ehtimalı olan müxalifətçilərin adlarını açıqlamışdı.

Saytın əməkdaşlarının apardığı araşdırmalara görə, öldürüləcək yeni müxalifətçilərin adları Rusiya prezidenti Vladimir Putinə təqdim edilib. Siyahıda Aleksey Venediktov, Mixail Xodorkovski və Kseniya Sobçakın adları var. Həmin siyahıda fevralın 27-də Moskvanın mərkəzində qətlə yetirilən Boris Nemtsovun da adı yer alıb.

Mixail Xodorkovskinin mətbuat katibinin Moskvadakı evinin qapısına əklil qoyulması da böyük ehtimalla buna bir işarə ola bilər.


Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov isə bu siyahı ilə bağlı mediada yayımlanan xəbəri "mənasız" adlandırıb.

Xatırladaq ki, keçmiş iş adamı, "YUKOS" neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski Rusiya həbsxanasından azad edildikdən sonra hazırda ailəsi ilə birgə İsveçrənin Sürix şəhərində yaşayır.
Bağla X