02:39
(077) 610-22-33

İsveç Səudiyyə Ərəbistanından üzr istədi

  • >
1 840 28 Mart 2015 14:04 | Dünya

İsveçin Baş naziri Stefan Löfven dünən Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizə göndərdiyi məktubda iki ölkə münasibətlərində yaşanan böhrana görə üzr istəyib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Kral Salman dünən axşam Al-Avca Sarayında İsveç Kralının xüsusi nümayəndəsi və keçmiş müdafiə naziri Bayron Van Sydowu qəbul edib.

Qəbul zamanı xüsusi nümayəndə Səudiyyə Kralına İsveç Kralından və İsveçin Baş nazirindən iki ayrı məktub təqdim edib.


İsveç Kralı Karl Gustafın Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizə göndərdiyi məktubda ikitərəfli əlaqələrin davam etdirilməsindən söz açılıb.

Baş nazir Löfvenin məktubunda isə iki ölkə münasibətlərində yaşanan böhrana görə üzr istənilib: "İslama və Səudiyyə Ərəbistanına qarşı edilən təhqirlərə görə məyusuq.

Hökumətimiz iki krallıq arasında əlaqələrin qorunmasını arzulayır və istəyir ki, Səudiyyə Ərəbistanının Stokholmdakı səfiri öz vəzifəsinə geri qayıtsın".


Bu olaydan sonra Səudiyyə Ərəbistanı səfirini geri göndərib.
Bağla X