04:42
(077) 610-22-33

Oteldə xarici vətəndaşları öldürdülər

  • >
1 779 14 May 2015 16:24 | Dünya

Silahlı şəxslərin Əfqanıstanın paytaxtı Kabil şəhərində xaricilərin olduğu “Palace Park” hotelinə hücumu zamanı ən azı 11 nəfər həlak olub. 5 nəfərin isə yaralandığı deyilir.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Ölənlər arasında bir ABŞ vətəndaşı və iki hindistanlının da olduğu deyilir.

ABŞ səfirliyinin sözçüsü Monica Cummings bu faktı təsdiq edib.

Hadisə zamanı Əfqanıstan təhlükəsizlik qüvvələri ilə silahlılar beş saatdan çox vuruşub.

Taliban hadisəyə görə məsuliyyəti üzərinə götürüb.

"Amerikalıların iştirak etdiyi tədbiri hədəfa almaq üçün plan qurduq", – deyə "Taliban" bəyanatla çıxış edib.

Təhlükəsizlik qüvvələri otelinin bağçasında olan 50 nəfərdən çox insanı xilas edib.

Hindistanın Əfqanıstandakı səfiri Amae Sinha tvit edərək bildirib ki, ölənlər arasında bir neçə hindistanlı da var.

Olay zamanı silahlı şəxslər otaq-otaq gəzərək xariciləri axtarıblar.
Bağla X