18:02
(077) 610-22-33

Asiya İnkişaf Bankı Azərbaycana 800 min ayırdı

  • >
1 221 19 May 2015 23:57 | Dünya

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda elektrik enerjisinin paylanması üzrə investisiya inkişaf proqramının operativ hazırlanması üçün 800 min dollar həcmində qrant ayıracaq.



Bu barədə Trend AİB-ə istinadən məlumat verir. Texniki yardımın göstərilməsi barədə saziş mayın 15-də imzalanıb və elə həmin gün qüvvəyə minib. Məlumata görə, investisiya proqramının dəyəri 750 milyon dollardır. Bu vəsait bank tərəfindən 3 tranşda (hər biri 250 milyon dollar üzrə) təqdim ediləcək. Azərbaycan hökumətinin bu layihədə iştirak payı 250 milyon dollardır.
Bağla X