21:23
(077) 610-22-33

Hakerlər şirkətin məlumatlarını oğurladı

  • >
1 078 21 May 2015 12:02 | Dünya

Hakerlər ABŞ-ın “CareFirst” sığorta şirkətinin 1,1 milyon müştərisinin fərdi məlumatlarını oğurlayıb.


AzNews.az İCTnews-a istinadən xəbər verir ki, bu barədə şirkət rəsmiləri məlumat verib.

Onların sözlərinə görə, şirkətin kompüter sisteminə qanunsuz müdaxilə ötən ilin iyununda həyata keçirilsə də, bu barədə yalnız indi məlum olub. Cinayətkarlar sığorta şirkətinin keçmiş və indiki müştərilərinin adları, doğum tarixi, elektron ünvanları haqqında informasiyanı oğurlaya biliblər. Bu məlumatlar hakerlərə gələcəkdə həmin insanların bank hesablarını asanlıqla ələ keçirməyə imkan verə bilər.

"CareFirst" xidmətlərindən istifadə edən vətəndaşların ümumi sayı 3,4 milyonu ötür. İnsidentlə bağlı Federal Təhqiqatlar Bürosu (FTB) məlumatlandırılıb.

"CareFirst" il ərzində kiberhücuma məruz qalan üçüncü sığorta şirkəti olub. Belə ki, fevralda hakerlərin bu sahədə fəaliyyət göstərən "Anthem" şirkətinin 80 milyon müştərisinin fərdi məlumatlarını ələ keçirməsi məlum olub. Bundan başqa, martda "Premera" sığorta şirkətinin 11 milyon müştərisinin məlumatları oğurlanıb.

Hər üç insidentin təhqiqatını ABŞ-ın kompüter təhlükəsizliyində ixtisaslaşan "Mandiant" şirkəti aparır. Şirkətlərə hücumda təqsirli bilinənlərin axtarışına həmçinin FTB mütəxəssisləri kömək edir.
Bağla X